AZ

Təmsilçilərimizdən 11 medal

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən savat assault üzrə dünya çempionatı və Dünya kuboku yarışlarında idmançılarımız uğurla çıxış ediblər.

Apasport.az xəbər verir ki, dünya çempionatında Ələkbər Xanməmmədov (60 kq) qızıl medal qazanıb.

Yusif Xəlilzadə (48 kq), Ümid Zeynalov (52 kq), Məhəmməd Məmmədli (56 kq), Nicat Məhəmmədli (65 kq), Nihat Quliyev (70 kq), Əli Bəylərzadə (75 kq) və Məhəmməd Süleymanov (85 kq) bürünc medallarla fərqləniblər.

Dünya Kuboku üzrə isə Raul Hüseynzadə (30 kq) qızıl, İbrahim İbrahimli (35 kq) və Beyrək Bağırov (85 kq) bürünc medala sahib olublar.

İdmançılarımız MMA üzrə dünya çempionatında 8 medal qazanıblar

Uaytdan narazılığa münasibət

UFC prezidenti: "Hər kəs buradakı turnirin bir parçası olmaq istəyirdi"

UFC Bakı gecəsinin qalibi – Halil Rauntri

Rafael Fiziyev: “Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir”

Seçilən
80
2
apasport.az

3Mənbələr