AZ

Tovuz sakini qətlə yetirilib

Tovuzda qətl hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Əyyublu sakini 1973-cü il təvəllüdlü V.Əsgərov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
3
xezerxeber.az

5Mənbələr