AZ

Kim Çenin bacısı Seulun təkliflərini rədd etdi

Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon Cənubi Koreyanın münasibətləri yaxşılaşdırmaq təkliflərini rədd edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, o, Seulun səmimi səylərini mənasız adlandırıb və barışıq qapısının bağlı olduğunu bildirib.

Kim Yo Çjon Cənubi Koreya ilə hər hansı dialoqa ehtiyac görmədiklərini, Seulun ABŞ-la birgə hərbi təlimlərini isə düşmənçilik kimi qiymətləndirəcəklərini vurğulayıb.

Seçilən
30
1
axar.az

2Mənbələr