AZ

“Azərxalça” ASC-nin xalçaları yaxın gələcəkdə Vyetnamda sərgilənəcək (FOTO)

Bakı. Trend:

Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıqüzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında da bildirildiyikimi iyul ayının sonunda Bakı şəhərində 3-cü “Vyetnam Günləri”təşkil olundu. Tədbirin əsas məqsədi iki ölkə arasında mədəniəlaqələrin genişləndirilməsidir.

Bu məqsədlə də gələn xarici qonaqlara ilk növbədə Azərbaycanınmilli mənəvi sərvəti, əsl Azərbaycan qadınlarının göz nuru, ələməyinin məhsulu, 100% təbii məhsullardan hazırlanan Azərbaycanxalçaları nümayiş olunub. Azərbaycanın ən böyük xalça istehsalçısı“Azərxalça” ASC- nin İçərişəhərdə yerləşən satış və nümayişsalonunda baş tutan görüşdə qurumun İdarə heyətinin sədri EminMəmmədov başda olmaqla yaradıcı heyət, Azərbaycan RespublikasınınVyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiriŞövqi Mehdizadə və Trinh Thi Thu Hanın başçılıq etdiyi tədbir üçünBakıya gələn qrup nümayəndələri iştirak edib.

Qonaqlara Azərbaycan xalçalarının tarixi, keçdiyi inkişaf yoluvə müasir dövrü haqqında geniş məlumat verilib. “Azərxalça” ASC-dəistehsal olunan yun və ipəkdən ənənəvi və müasir üslubda toxunanxalçalar qonaqların marağına səbəb olub. Bundan əlavə qonaqlarxalça toxuma prosesində iştirak ediblər, ilmə atmağı öyrəniblər.Xalça toxunmasında iştirak edən hər bir kəsə “Azərxalça” ASC sədriEmin Məmmədov tərəfindən sertifikatlar təqdim olunub.

Görüş zamanı həmçinin yaxın gələcəkdə Vyetnamda baş tutacaq əslAzərbaycan xalçalarından ibarət sərginin detalları da müzakirəolunub.

“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
Seçilən
33
2
az.trend.az

10Mənbələr