AZ

"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..."—Tolik Nigari müdafiə etdi

"Məncə, həm bir çox izləyicilər, həm də şou-biznes cameəsində olan insanlar "DreamFest"in necə keçdiyini tam anlamırlar. Bu bir festivaldır, musiqi bayramıdır. Tədbir dəniz kənarında keçirildiyinə görə, insanlar rahat geyinə bilərlər. Hətta bəzi tanınmışların komanda üzvləri şortikdə də gəlmişdilər. Buradakı geyimləri hansısa möhtəbər saray tədbiri ilə müqayisə etmək düzgün deyil — bu yay festivalıdır. İnsanlar oraya əylənmək, istirahət etmək üçün gəlirlər".
 
Demokrat.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, prodüser Tarix Əliyev deyib.
 
O müğənni Nigar Camalı tənqid edənlərə səslənib: 
 
"Nigar isə, mənim fikrimcə, Azərbaycan mədəniyyətində bir çox özünü "bir nömrə” sayan, Youtube, TikTok, Instagram izləyicilərinin sayı ilə özünü böyük sima kimi təqdim edən "bozbaş müğənnilər”dən min qat artıq müğənnidir. Onun sənətdə adı var, izi var".
 
Teleaparıcı Nigar Camalla Fərqanə Qasımovanın da qalmaqalına münasibət bildirib:
 
"Bu gün mən düşünürəm ki, Fərqanə xanım muğam sənətində öz sözünü demiş bir sənətkardır, sənətkarımızın da qızıdır. Ancaq Fərqanə xanımın bu gün qışqıra-qışqıra oxuyub, "muğam ifaçısıyam” deyib, əslində isə muğamdan bixəbər olan, mersiyə üslubunda ifalar edən müğənnilərə irad bildirməsi daha yerinə düşərdi. Toylarda yüz manat alıb, kimin isə anasına tərif oxuyan, "mənim səsim var, çünki muğam oxuyuram” deyən bəzi müğənnilərə söz deməsi daha düzgün olardı. Çünki Fərqanə xanımın sənəti buna layiqdir, irad bildirməyə haqqı çatır.
 
Tolik Nigarın öz hesabına irəli getdiyini də deyib: 
 
Seçilən
20
4
demokrat.az

5Mənbələr