Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Fransa Rusiyaya təzyiqi artırmağa hazırdır.
Ölkə.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron iyulun 27-də ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı bəyan edib.
Makronun sözlərinə görə, Rusiya nəhayət, Avropanın iştirakı ilə davamlı sülhə aparan danışıqlara yol açacaq atəşkəslə razılaşmalıdır.
“Mən Fransanın dəstəyini təsdiqlədim: biz Ukraynaya yardımımızı gücləndirməyə və Rusiyaya təzyiqi artırmağa davam edəcəyik”, - Makron X sosial media hesabında yazıb.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.