AZ

Fiziki şəxslər birinci yarımildə məhsul ixracını 26%-dən çox azaldıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan məhsul ixracınındəyəri 12,9 milyard ABŞ dolları olub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın 51,2 milyon ABŞdolları fiziki şəxslər tərəfindən həyata keçirilib.

Fiziki şəxslərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,4milyon ABŞ dolları və ya 26,4% azalıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan məhsulixracının dəyəri 12,9 milyard ABŞ dolları olub ki, bunun da fizikişəxslərə düşən hissəsi 69,6 milyon ABŞ dolları olub.

Cari ilin hesabat dövründə fiziki şəxslər tərəfindən həyatakeçirilmiş ixrac əməliyyatları ümumi ixracın 0,4%-ini təşkiledib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
10
1
az.trend.az

2Mənbələr