AZ

Onlar rusları öldürməyə hazırdırlar! Lavrov

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Qərb ölkələrinin siyasi elitası rus hərbçilərini öldürməyə hazır olduqlarını gizlətmir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropa ölkələri Rusiyanı ciddi şəkildə məğlub etmək istəyirlər. Onlar hər şeyi və hər kəsi öz iradələrinə tabe etmək istəyirlər. Sadəcə praqmatik mülahizələri nəzərə almaq istəmirlər”, – deyə o bildirib.

Qeyd edək ki, iyulun 22-də Lavrov NATO liderlərinin və Avropa rəsmilərinin anti-Rusiya bəyanatlarını həyəcanverici siqnal adlandırıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
globalinfo.az

1Mənbələr