AZ

65 yaşlı fəhlə faciəvi şəkildə öldü

Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Tribunainfo.az xəbər verir ki, hadisə iyulun 26-sı saat 18 radələrində Rəsulzadə qəsəbəsində tikilən çoxmərtəbəli binada qeydə alınıb.

Tikintidə fəhlə işləyən Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Mahmudov Çingiz Mustafa oğlu hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
15
7
tribunainfo.az

8Mənbələr