AZ

DİN: Binəqədidə 24 Kq qadağan olunmuş maddə aşkarlanıb

DİN:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə fasiləsiz olaraq davam etdirilir.DİN-dən verilən məlumata görə, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin daha iki üzvü - 47 yaşlı Elnur Hacıyev və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar. Sonunculara məxsus avtomobil və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.Ulusum.az

Diqqət Çəkənlər

Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı

28 İyul – Ümumdünya Hepatitlə Mübarizə Günü

Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu

Seçilən
100
46
ulusum.az

10Mənbələr