AZ

Maaşımıza nə qədər benzin ala bilərik? - Avropa və Azərbaycanın müqayisəsi

Avropa ölkələrinin statistik məlumatlarına əsaslanaraq 2025-ci ilin iyun ayının sonunda benzinə əlçatanlıq reytinqi tərtib edilib.

Publika.az xəbər verir ki, belə bir reytinqi “RİA Novosti” təqdim edib.

Mütəxəssislər ayrı-ayrı ölkələr üzrə vətəndaşların orta aylıq əməkhaqqı ilə nə qədər yanacaq ala biləcəyini hesablayıb.

Hesablamalara görə, Lüksemburq sakinləri gəlirlərinə görə ən çox benzin ala bilirlər - 2875 litr. Bu ölkədə yanacağın qiyməti Avropa standartlarına görə aşağıdır (bir litr üçün 2 manat 86 qəpik), maaşlar isə Avropada ən yüksək həddədir. İkinci yeri 2527 litrlə Böyük Britaniya tutub. Reytinqin ilk beşliyinə Norveç, Avstriya və İrlandiya da daxildir. Bu ölkələrdə orta aylıq əməkhaqqına 2200 litrdən çox benzin almaq mümkündür.

Moldova sakinləri maaşları ilə ən az benzin ala bilirlər - cəmi 546 litr yanacaq. Bu, aparıcı Lüksemburqdan 5 dəfə azdır. Moldova ilə yanaşı, reytinqin son pillələrində Rumıniya, Latviya, Slovakiya, Macarıstan və Xorvatiya qərarlaşıb. Bu ölkələrin sakinləri maaşları ilə 800 litrdən az benzin ala bilirlər.

Reytinqdə iştirak edən ölkələr arasında benzinin ən aşağı qiyməti Qazaxıstanda qeyd olunur - 95 markalı benzinin litri üçün 0,85 qəpik.

Avropada ən bahalı benzin Danimarkada satılır, Azərbaycan valyutası ilə ifadə etsək, litri 3 manat 82 qəpik. Sonra Hollandiya, Yunanıstan, İtaliya və Fransa gəlir. Bu ölkələrdə benzinin bir litri 3 manat 42 qəpikdən baha olacaq.

İsveçə gəlincə, benzinin qiyməti ölkələrin yarısından aşağıdır.

Seçilən
40
1
publika.az

2Mənbələr