AZ

Qazaxıstan prezidenti Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi danışıqlar aparmaq üçün Ankaraya gəlir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin kommunikasiyalar direktoru Burhanəddin Duran “X” sosial media hesabında açıqlama verib.

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ərdoğanın dəvəti ilə 28-29 iyul 2025-ci il tarixlərində Ankarada rəsmi görüşlər keçirəcək. Səfər münasibətilə Türkiyə ilə Qazaxıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.

Prezident Kompleksində keçiriləcək görüşlərdə iki ölkə arasında “Genişləndirilmiş Strateji Tərəfdaşlıq”ın gedişi və bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar dəyərləndiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Seçilən
84
1
publika.az

5Mənbələr