Qubadlıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qubadlı rayonu ərazisində hərəkətdə olan “Kia K3” markalı minik maşını yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar - Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.