AZ

Bakının cənub girişində hərəkət məhdudlaşdırılacaq

Sabahdan Bakının Səbail rayonunda yolda hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Demokrat.az-a məlumat verilib.

Bildirilib ki, iyulun 29-u saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Seçilən
68
30
demokrat.az

10Mənbələr