AZ

Həkimlər xəstəni o dünyaya "oynaya-oynaya" YOLA SALDILAR

ABŞ-ın Kolorado ştatında həkimlər katarakt əməliyyatı zamanı musiqili mərc oyunu oynayıblar. Nəticədə 56 yaşlı xəstə dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə "HealthExec" məlumat yayıb.

Bildirilir ki, cərrah C.Stark Conson və əməliyyatı həyata keçirən anestezioloq Maykl Urban həmin vaxt telefonda mərc oyunu oynayıblar. Bu səbəbdən də xəstənin halının pisləşdiyini hiss etməyiblər.

Bundan əvvəl Consonun əməliyyatları müsiqi sədası altında etdiyi məlum idi. Ancaq bu dəfə həmkarı ilə oyuna qapılan həkimlər kritik anı qaçırıblar.

Mərhum xəstənin həyat yoldaşı məhkəməyə müraciət edib. Hər iki həkim iş yerində musiqi dinlədiyini etiraf etsə də, məsuliyyətə yalnız cərrah Conson cəlb olunub. O, iddia edir ki, anestezioloq Urban guya xəstənin vəziyyətini izləməyə imkan verən monitoru söndürüb. Urban isə günahını etiraf etməyib.

Seçilən
18
publika.az

1Mənbələr