ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün yeni son tarix müəyyənləşdirəcəyini bildirib.
UNIAN-ın müxbirinin məlumatına görə, Tramp bu barədə Şotlandiyanın Turnberri şəhərində Böyük Britaniyanın baş naziri Kir Starmerlə ikitərəfli görüşü zamanı danışıb.
“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni bir son tarix qoyacağam. Gözləməyə heç bir səbəb yoxdur”, – deyə Tramp vurğulayıb.
//Samir Qurbanov, Editor.az