Azad olunan ərazilərdə iyulun 21-dən 27-dək 15 tank əleyhinə, 46 piyada əleyhinə mina, 1097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik məlumat yayıb.