AZ

Bakının bu hissələri işıqsız qalıb

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb.

XəzərNews.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, isti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində bu gün gücləndirmə işləri həyata keçirilir.

Bununla əlaqədar olaraq saat 16:00-dan saat 19:00-dək Qaçaq Nəbi, Lütfizadə, Məzahir Rüstəmov və Sarayevo küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Bildirilib ki, gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər 1 dəfə oxunub.
Seçilən
79
31
xezernews.az

10Mənbələr