Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
MBA-nın dörd komandası “Leykers”in forvardı Lebron Ceymsi dəyiş-düyüş etməkdə maraqlı olub. Bu haqda xəbəri ESPN-in insayderi Deyv Makmenamin yayıb. Onun iddiasına görə, həmin 4 klub 40 yaşlı amerikalı ulduzun agenti Riç Pol ilə əlaqə saxlayıb.Ceyms bir müddət əvvəl “Leykers”lə müqavilə müddətini 2025/26 mövsümünün sonuna qədər uzatmaq imkanından yararlanıb. Növbəti mövsüm onun üçün MBA-da rekord – 23-cü olacaq. Bununla belə, basketbolçunun karyerasını davam etdirməklə bağlı başqa variantları gözdən keçirdiyi də bildirilirdi.Ceyms ötən mövsüm MBA-da keçirdiyi 70 oyunda orta hesabla 24,4 xal toplayıb, 8,2 ötürmə verib və 7,8 ribaund edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.