AZ

İranda iki yəhudi İsrailə casusluqda ittiham olunaraq həbs edilib

İranda ABŞ vətəndaşı olan iki yəhudi saxlanılıb. Onlar 12 günlük müharibə zamanı Təl-Əvivə casusluqda şübhəli bilinirlər.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, tutulan şəxslərdən biri Los-Ancelesdə yaşayan iranlı yəhudi olub və bir neçə gün öncə zaminə buraxılıb. Digəri isə təxminən 30 il əvvəl İranı tərk edərək Nyu-Yorka köçmüş şəxsdir və hələ də İran həbsxanasındadır. Hər iki şəxs İrana qohumlarını ziyarət etmək məqsədilə səfər edib.

İsrail mediası bildirib ki, ümumilikdə 12 günlük müharibədən sonra İran hakimiyyəti İsrailə casusluq ittihamı ilə 35 yəhudini saxlayıb. Onlardan 11-i son günlərdə azad edilib. Hazırda 5 nəfərin hələ də həbsdə olduğu qeyd edilir.

Mənbələrdən birinə istinadən, saxlanılan iki amerikalı "yanlış zamanda və yanlış yerdə" İrana daxil olublar.

Seçilən
10
1
moderator.az

2Mənbələr