AZ

Avstraliyada islamofobiya halları artır

Avstraliyanın “SBS News” telekanalının bazar ertəsi günü verdiyi məlumata görə, Avstraliyada islamofobiya zəminində baş verən hadisələrdə “dramatik artım” müşahidə olunur.

“İki sahil” Anadolu agentliyinə istinadla xəbər verir ki, telekanal Avstraliyada islamofobiya halları üzrə reyestrin icraçısı Nora Amata istinadla bildirib: “Qadın və qızlar qurbanların təxminən 75 faizini təşkil edir, halbuki cinayəti törədən şəxslərin əksəriyyəti qeyri-müsəlman kişilərdir. Onun sözlərinə görə, geosiyasi hadisələr, xüsusən İsrail-Fələstin münaqişəsi Avstraliyada islamofobiya üçün katalizator rolunu oynaya bilər, lakin onlar yeganə amil deyil. “Siyasi ritorika bizə bildirilən hadisələrdə artım və ya azalma görməyimiz üçün çox vacibdir. Minlərlə insidentdən danışırıq... Baş örtüyü taxan bir çox müsəlman qadın üçün Avstraliyada islamofobiya təzahürləri adi hala çevrilir. Mart ayında Avstraliyada hazırlanan müvafiq hesabatda İslamofobiya Reyestrinə 2023-cü ilin yanvarından 2024-cü ilin noyabrına qədər daxil edilən hücumlar, sui-istifadələr və təhdidlərin kəskin artdığı aşkar edilib”, -deyə o əlavə edib.

Monaş və Deakin universitetlərindən olan tədqiqatçılar 600-dən çox şəxsi və onlayn formatda insidenti təhlil edərək müsəlman qadınların böyük əksəriyyətinin islamofobiyaya məruz qaldığını müəyyən ediblər.

Seçilən
54
1
ikisahil.az

2Mənbələr