İraqın paytaxtı Bağdadda və ölkənin cənub bölgələrində havanın temperaturu kölgədə 51 dərəcəyə yüksəlib...
Bu barədə İraqın Milli Meteorologiya Xidməti məlumat yayıb.
46 milyon əhalisi olan İraqda su qıtlığı və tez-tez baş verən elektrik kəsintiləri belə havalarda daha ciddi problemlər yaradır.
Ölkənin Su Resursları Nazirliyi cari ilin 1933-cü ildən bəri ən quraq il olduğunu açıqlayıb. Məlumata əsasən, su anbarlarında olan su ehtiyatı ümumi tutumun cəmi 8 faizi doludur.
Milli Meteorologiya Xidməti çərşənbə günü temperaturun bir qədər enəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, son günlərdə İran və Türkiyədə də havanın temperaturu kəskin şəkildə artıb. (Bakues.az)
Poliqon.info