AZ

Məhkəmə İbrahim Tatlısesin qızı ilə bağlı qərar verdi

Türkiyənin Muğla vilayətində avtomobilini polis əməkdaşlarının üzərinə sürdüyü üçün saxlanılan müğənni Dilan Çıtak barəsində məhkəmə qərarı verilib.

Moderator.az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, ifaçı məhkəmə tərəfindən nəzarət şərti ilə azadlığa buraxılıb.

Məhkəmə binasını tərk edərkən Dilan Çıtak baş verənlərə münasibət bildirib.

"Təəssüf edirəm, bu, sadəcə kiçik bir anlaşılmazlıq idi. Qısa zamanda aydınlaşacaq", - deyə o qeyd edib.

Seçilən
9
6
moderator.az

8Mənbələr