AZ

Bakını ayağa qaldıran amerikalı ruslara elə bir mesaj verdi ki... paytaxtda nə yaşandı?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amerikalı ulduz, müğənni Castin Timberleykin Bakı konserti yalnız musiqi hadisəsi deyil, həm də sosial və siyasi müstəvidə diqqətçəkən bir nümunə oldu. İyulun 27-də paytaxtda baş tutan bu konsertə təkcə yerli tamaşaçılar deyil, 17 minə yaxın Rusiya vətəndaşı və yüzlərlə digər ölkədən gələn turist qatılıb. Maraqlıdır ki, bu böyük axın Azərbaycanla Rusiya arasında münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edir. Məhz belə bir zamanda Rusiya sosial media kanallarında “Azərbaycan rus mədəniyyətindən uzaqlaşaraq mədəni cəhətdən kasıblaşır” kimi tezislər tirajlanırdı. Amma görünən odur ki, rus xalqı bu iddiaları ayaqlar altına ataraq öz seçimini musiqi və açıq sərhədlərdən yana edib.

Bəs dünya ulduzlarının Bakıya gəlişi bizə nə qazandırır? Təkcə musiqi, yoxsa daha böyük nailiyyətlər?

Globalinfo.az-a danışan əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib ki, xaricdən turistlərin bir konsert üçün gəlməsi həm ölkəyə pul qazandırır, həm də Azərbaycanın tanıdılmasına kömək edir.

Onun fikrincə, əvvəllər Azərbaycanı tanıtmaqda çətinliklər yaşanırdı, amma indi vəziyyət dəyişib:

“İllər əvvəl ölkəmizə turist çox az gəlirdi. Ölkəni tanımırdılar. İndi isə bir konsertə görə minlərlə tamaşaçı gəlirsə, bu, müsbət haldır. Ruslar nə deyir-desin, biz işimizə baxmalıyıq. Rusiya ilə indi münasibətlər bir qədər gərgindir deyə, ağızlarına gələni danışacaqlar. Sadəcə, hər deyilənə fikir verməyə dəyməz”.

Cavanşir Quliyev

Cavanşir Quliyev Castin Timberleykin Bakıya gəlməsini də müsbət qiymətləndirir:

“Məşhur ulduzların Azərbaycana gəlməsi təkcə kommersiya baxımından yox, həm də ölkənin imicinə müsbət təsir edir. Azərbaycan artıq sayılan, hörmət edilən ölkələrdən biridir. Müğənnilər hər yerə getmirlər. Gedirlərsə, deməli, maraqlı ölkə saydıqları üçün gedirlər. Mən də musiqiçiyəm, hardasa konsert verməli olsam, əvvəl bir baxaram: ora haradır, nədir, necə ölkədir. Ona görə də Timberleykin Bakıya gəlməsi hər tərəfdən xeyirlidir. Təki belə ulduzlar gəlsinlər, konsertlərini versinlər. Bəli, onlar pul qazanacaqlar ki, bu da təbiidir. Heç kim pulsuz oxumur. Amma qazandıqları puldan vergi də ödəyirlər axı. O pulların hamısını aparmırlar. Vergi sistemi işləyir və biz də faydasını görürük”.

Cavanşir Quliyev sonda rus turistlərinin Azərbaycana gəlməsinə də müsbət yanaşdığını deyib:

“Rus vətəndaşları gəlib konsertə baxsınlar, dinləsinlər. Bizim xalq olaraq ruslarla bir dərdimiz yoxdur. Əksinə, gəlirlər, ölkəmizdə pul xərcləyirlər, kassamızı doldururlar. Bu, ancaq müsbət haldır”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
globalinfo.az

1Mənbələr