Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov ilə görüş keçirib. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər Qırğızıstan-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçiriblər. Siyasi dialoqun gücləndirilməsinə, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və qarşılıqlı səfərlər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, ŞƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (CICA) çərçivəsində həyata keçirilən qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilib.
XQ