AZ

Putin Netanyahu ilə telefonla danışdı


Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Yaxın Şərqdəki vəziyyət müzakirə edilib və regiondakı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olduğu bildirilib:
“Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektləri müzakirə olunub. Rusiya tərəfi regiondakı problemlərin və münaqişələrin müstəsna olaraq sülh yolu ilə həllinin tərəfdarı olduğu sarsılmaz mövqeyini bir daha təsdiqləyib”.
Qeyd edilib ki, Putin həmçinin Suriyanın bütövlüyü və suverenliyinin vacibliyini və Moskvanın İranın nüvə proqramının danışıqlar yolu ilə həllinin axtarışında iştirak etməyə hazır olduğunu qeyd edib.
Seçilən
11
yeniavaz.com

1Mənbələr