AZ

Putin Netanyahu ilə telefon danışığı apardı

  Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Referans xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektləri müzakirə olunub.

Vladimir Putin Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının önəmini qeyd edib.

Rusiya lideri ölkədəki etnik və dini qrupların qanuni hüquqlarının təmin olunması yolu ilə daxili sabitliyin möhkəmləndirilməsinə dəstək verdiklərini bildirib.

Putin həmçinin deyib ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etməlidir və Rusiya bu məsələdə vasitəçilik etməyə hazırdır.  

Seçilən
10
1
referans.az

2Mənbələr