Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Ölkə.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
İki ölkə liderləri Yaxın Şərqdəki və regiondakı vəziyyəti müzakirə ediblər.
Putin Netanyahu ilə söhbətində Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyini vurğulayıb.(musavat.com)
Rusiyanın İranın nüvə proqramı ətrafında danışıqlar yolu ilə həll yollarının tapılmasını asanlaşdırmağa hazır olduğu da qeyd olunub.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci il mayın 6-da telefonla danışıblar.