AZ

Qəzzaya 20 konteyner ərzaq yardımı göndərildi

BAKI, 24 iyul. TELEQRAF

Son saatlarda Qəzza zolağının şimal və cənub hissələrinə havadan 20 konteyner ərzaq yardımı atılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Qeyd olunub ki, bu yardımlar İsrailin siyasi rəhbərliyinin göstərişi, BƏƏ və İordaniya arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Ordu bildirib ki, beynəlxalq tərəfdaşlarla birlikdə Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Həmçinin, İsrail tərəfi Qəzzada qəsdən aclıq yaradılması ilə bağlı yayılan iddiaları təkzib edir.

Seçilən
36
1
teleqraf.com

2Mənbələr