AZ

Putin Netanyahuya İranla bağlı danışıqlarda kömək edəcəyinə söz verib

Rusiya İranın nüvə proqramının danışıqlar yolu ilə həllinin axtarışında iştirak etməyə hazırdır.

Qaziler.az bildirir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.

Rusiya lideri və yəhudi hökumətinin başçısı söhbət zamanı Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektlərini öyrəniblər.

“İran-İsrail qarşıdurmasının son zamanlar kəskinləşməsini nəzərə alaraq, Rusiya tərəfi İranın nüvə proqramının danışıqlar yolu ilə həllinin tapılmasına hər cür kömək etməyə hazır olduğunu bildirib”, - bəyanatda qeyd edilib.

QAZİLER.AZ

Seçilən
8
qaziler.az

1Mənbələr