AZ

Azərbaycan diasporu daha güclü mövqeyə sahiblənir...


XX əsrin sonundan başlayaraq, xüsusilə 2020–2025-ci illər dövründə Azərbaycan diaspor quruculuğu sahəsində ciddi irəliləyişlərə nail olub. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və dəstək, diaspor təşkilatlarının fəallığının artırılması ölkəmizin beynəlxalq təsir gücünü genişləndirməyə xidmət edir.

Həyata keçirilən proqram və layihələr nəticəsində müxtəlif ölkələrdə diasporal gənclər, təşkilatlar və ictimai fəalların aktivləşmsi Azərbaycana əlavə üstünlüklər qazandırir.

Koordinasiyalı, sistemli və məqsədyönlü fəaliyyət öz nəticəsini verir

Son illərdə xaricdə yaşayan azərbaycanlı gənclər üçün əsaslı təhsilmaarifləndirmə tədbirləri—yerli və beynəlxalq yayqış düşərgələri, bazar günü məktəbləri fəaliyyətə başlayıb.2025ci ildə yalnız Azərbaycan daxilində deyil, həm də Avropada, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Gürcüstanda bu cür tədbirlərin keçirilməsi diasporun təsir gücünün artmasına xidmət edir.Elə bu kontekstdə bir neçə gün öncə Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən azərbaycanlı diaspor nümayəndələrinin geniş tərkibli videokonfransı baş tutub.Burada əsas diqqət təşkilati islahatlara, struktur dəyişikliyinə və gələcək fəaliyyət istiqamətlərinə yönəlib.

Toplantının ən mühüm nəticələrindən biri İsveçin müxtəlif şəhərlərində fəaliyyət göstərən 20 Azərbaycan dərnəyinin bir araya gələrək vahid qurum – SAF, yəni İsveç Azərbaycan Federasiyası daxilində birləşməsi olub. Bu addım diaspor təşkilatlarının fəaliyyətinin daha koordinasiyalı, sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edir. Toplantı çərçivəsində yeni idarə heyəti seçilib, həmçinin Federasiya daxilində 7 funksional şöbə yaradılıb: iqtisadiyyat, mədəniyyət, idman, hüquq, media və kommunikasiya, səhiyyə, inzibati şöbələr. Federasiya müxtəlif layihələr vasitəsilə İsveçdəki Azərbaycan icmasının birliyini gücləndirməyə çalışır. Görüş zamanı 2026-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulan layihələr üzrə ilkin ideyalar da irəli sürülüb. Əsas prioritetlər arasında Azərbaycan mədəniyyətinin İsveç cəmiyyətinə tanıdılması, gənclərin diaspor fəaliyyətlərinə daha fəal cəlb olunması və Azərbaycan dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi yer alır. Digər ölkələrdə də bu qəbildən olan hallar Azərbaycan diasporunun daha güclü mövqe sahibinə çevrilməkdə olduğunu göstərir.O da mühüm faktdır ki,dDiaspor quruculuğuna beynəlxalq əməkdaşlıq kontekstində xüsusi önəm verilir. Məsələn, 2022ci ildə Türk Dövlətləri Təşkilatı ilə birgə “BakıŞuşa Forumu” keçirilib, forum çərçivəsində üzv dövlətlərin diaspor qurum rəhbərləri arasında koordinasiyalı fəaliyyət strategiyaları müzakirə olunub. 2023cü ilin sentyabrında “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu” Bakı şəhərində keçirilib; burada Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Turkmənistan kimi TDT üzv ölkələrin gənc nümayəndələri iştirak edib. 2024cü ilin fevralında isə Budapeştdə təşkil olunmuş Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda təxminən 120 gənc, 40a yaxın ölkədən birləşmiş və diasporun postmünaqişə dövründə rolu müzakirə edilib. Cari ilin planları arasında diaspora gənclərinə yönəlik tədbirlərin daha da genişləndirilməsi, bazar günü məktəblərinin və yay düşərgələrinin Avropada və Mərkəzi Asiya ölkələrində təşkil olunması nəzərdə tutulur. Bununla yanaşı, diaspor təşkilatlarının koordinasiyası üçün daha qlobal platformaların yaradılması və digital arenada fəaliyyət gücləndirilməsi vacibdir.

Dövlət səviyyəsində aparılan koordinasiyalı siyasət prosesə müsbət təsir göstərməkdədir

Diaspor quruculuğunda məqsəd yalnız say artırmaq deyil, həm də diaspor nümayəndələrinin öz ölkələrində siyasi və iqtisadi təsir imkanlarını gücləndirməkdir. Gənclərin təhsil, mədəni və iqtisadi sahələrdə fəallığının artırılması diasporun Azərbaycan üçün yumşaq güc potensialına çevrilməsində mühüm əhəmiyyət daşıyır. Bu fonda dövlət səviyyəsində aparılan koordinasiyalı siyasət prosesə müsbət təsir göstərməkdədir.

Hazırda Azərbaycan diasporunun quruculuğu istiqamətində institusional dəstək, gənclərin təhsili, beynəlxalq forumlar, media və informasiya platformaları, praktiki layihələr və xaricdə yaşayan soydaşlarımızın koordinasiyası sahəsində ciddi addımlar atılır. Bu istiqamətdə aparılan işlər Azərbaycan dövlətinin diaspora siyasətinin uğurla formalaşmasının göstəricisidir. Dövlətictimai tərəfdaşlığı formatında davam edən bu siyasət Azərbaycanın beynəlxalq səviyyədə yumşaq güc mövqeyini möhkəmləndirməyə xidmət edir. Dünya təcrübəsi də göstərir ki, diaspor fəaliyyəti müasir dövrdə yalnız miqrantların öz aralarında ünsiyyət və mədəniyyətlərini qoruyub saxlaması ilə məhdudlaşmır. O, artıq ölkənin xaricdəki yumşaq güc siyasətinin bir hissəsi, milli maraqların müdafiəçisi, beynəlxalq aləmdə lobbi və informasiya vasitəsi kimi strateji əhəmiyyət kəsb edən bir mexanizmə çevrilib. Azərbaycan da bu sahədə mühüm addımlar ataraq güclü və təşkilatlanmış diaspora yönəlik siyasət həyata keçirir. Diaspor fəaliyyətinin bir sıra üstünlükləri var ki, onlar həm dövlətə, həm cəmiyyətə, həm də diaspor üzvlərinin özlərinə birbaşa fayda verir. Xarici ölkələrdə yaşayan diaspor nümayəndələri yaşadıqları cəmiyyətlərdə ölkələrini təmsil edir, onların mədəniyyətini, tarixini və reallıqlarını təbliğ edirlər. Xüsusilə informasiya müharibələrinin getdiyi bir dövrdə diasporun real faktlara əsaslanan məlumat yayması, ictimai rəyin formalaşmasına təsir göstərməsi mühüm əhəmiyyət daşıyır. Məsələn, Azərbaycan diasporu 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq media və ictimaiyyətə ölkənin haqq səsini çatdırmaqda xüsusi fəallıq göstərib.Diaspor fəaliyyəti xaricdə yaşayan azərbaycanlıların milli-mədəni kimliklərini qoruyub saxlamaq baxımından da əvəzolunmaz vasitədir. Yaxşı təşkilatlanmış diaspora həmçinin siyasi lobbiçilik baxımından da əhəmiyyətli rol oynayır. Bir çox ölkələrdə diaspor təşkilatları yerli parlamentlər, bələdiyyələr, ictimai qurumlarla əlaqə quraraq öz ölkələrinin maraqlarını müdafiə edən qərarların qəbuluna təsir göstərə bilirlər. ABŞ, Fransa, Almaniya kimi ölkələrdə Azərbaycan diasporu artıq bu istiqamətdə real addımlar atır və erməni lobbisinin təsirini azaltmağa çalışır. Diaspor üzvləri ölkələri ilə iqtisadi əlaqələri də genişləndirə bilirlər. Xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəyə investisiya yatırması, biznes əlaqələri qurması, ixrac və idxal əməliyyatlarını inkişaf etdirməsi milli iqtisadiyyat üçün əhəmiyyətlidir. Diaspor həm də ölkə məhsullarının xarici bazarlarda tanıdılmasına və satışına töhfə verə bilər. Diaspor fəaliyyəti gənc nəsildə vətənə bağlılıq hissini gücləndirir, onların həm mənəvi inkişafına, həm də liderlik bacarıqlarının formalaşmasına kömək edir. Bütün bunları Azərbaycan dövləti nəzərə alır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
11
baki-xeber.com

1Mənbələr