Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin Netanyahu ilə telefon danışığı zamanı Moskvanın bütün regional münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarı olması ilə bağlı mövqeyini təsdiqləyib. Rusiya lideri, həmçinin Suriyanın birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının, əhalinin bütün etnik və dini qruplarının qanuni hüquq və mənafelərinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Putin İran-İsrail qarşıdurmasının kəskinləşməsi fonunda diplomatik həll yollarının axtarışına yardım etməyə hazır olduğunu diqqətə çatdırıb.