ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışmaqda maraqlı olmadığını deyib.

Leqal.info xəbər verir ki, o, Putini insan öldürməkdə ittiham edib.

“Rusiya hal-hazırda çox zəngin ola bilər. Lakin onlar hər şeyi müharibəyə xərcləyirlər. Mən, doğrudan da, düşünürdüm ki, bu, sona çata bilər. Buna baxmayaraq, hər dəfə müharibənin bitəcəyini düşünəndə, o adam öldürür”, - Tramp bildirib.

Leqal.info