AZ

Joau Feliks yeni klubu ilə müqavilə imzaladı

Portuqaliyalı hücumçu Joau Feliks Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.

Müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bu barədə məlumatı Fabritsio Romano yayıb.

Transferin rəsmiləşdirilməsi zamanı “Əl-Nəsr” Avstriyada təlim-məşq toplanışında olub. Klub rəhbərliyi və oyunçular heyəti Feliksin transferini düşərgədə qarşılayıblar.

Daha əvvəl “Atletiko Madrid”ə məxsus olan Feliks ötən mövsümü icarə əsasında “Çelsi”də keçirmişdi.

Qeyd edək ki, istedadlı futbolçunun “Əl-Nəsr”lə anlaşması Səudiyyə klubu üçün yay transfer pəncərəsinin ən iddialı keçidlərindən biri kimi qiymətləndirilir. \\Fanat.Az 

Seçilən
30
1
hurriyyet.az

2Mənbələr