AZ

Tramp Fələstinin tanınması ilə bağlı mövqe bildirməkdən imtina etdi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Fələstin dövlətinin tanınması məsələsində hələlik konkret mövqe bildirməyi planlaşdırmadığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" məlumat verib..

ABŞ lideri qeyd edib ki, yaranmış vəziyyətdə o, regiondakı humanitar böhranı daha vacib hesab edir.

"Mən Fələstin dövlətinin tanınması ilə bağlı mövqe tutmaq niyyətində deyiləm. Mən bölgədə aclığın qarşısının alınmasına diqqət yetirirəm. Bu indi bir nömrəli vəzifədir, orada çoxlu ac insan var", - deyə o bildirib.

Tramp əlavə edib ki, iki həftə əvvəl ABŞ Qəzza əhalisinin ehtiyacları üçün 60 milyon dollar göndərib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr