AZ

Ermənilərin yox dediyi təklif: Bakı Qarabağda bunu planlayırdı Detallar

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın nüfuzlu “Berliner Zeitung” qəzetinə son müsahibəsində Bakı ilə bağlı bir çox əsassız iddialara aydınlıq gətirdi. Hacıyev açıq şəkildə bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağda baş verənlər “etnik təmizləmə” deyildi və Azərbaycan erməniləri oradan qovmayıb. Əksinə, həmin icma üzvləri bölgəni könüllü şəkildə tərk etməyə qərar veriblər.

Bu bəyanat, əslində, Azərbaycanın son illərdə bölgədə yaratdığı reallıqları və siyasi yanaşmasını bir daha nümayiş etdirir. Çünki Bakı Qarabağın erməni əhalisinin bərabərhüquqlu vətəndaş kimi yaşaması üçün konkret hüquqi və inzibati mexanizmlər formalaşdırmışdı. Reinteqrasiya modeli, təkcə sadə vədlərdən ibarət deyil, eyni zamanda hüquqi baza və sosial təminatlarla dəstəklənən, Azərbaycanın suverenliyinə hörmət edən bir konsepsiya idi.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın niyyəti etnik təmizləmə olsaydı, bu gün Ermənistanda “mən Qarabağdan gəlmişəm deyən” bir nəfər də insan qalmazdı:

“Etnik təmizləmə həyata keçirən ölkə reinteqrasiya elan etməz. Halbuki reinteqrasiya planı, beynəlxalq hüquqa əsaslanan və daxili qanunvericiliklə uzlaşan bir yanaşmadır. Əslində, bu belə Azərbaycan dövlətinin sülhə və birgəyaşayışa açıq olduğunu göstərirdi. Lakin Ermənistan tərəfi və Qarabağdakı separatçı liderlər bu prosesi siyasi alətə çevirdilər. Onlar ya daxili siyasi manipulyasiyalar, ya da Ermənistanla paralel hərəkət edən revanşist qüvvələrin təsiri altında belə təkliflərə qarşı çıxdılar. Əhalinin köç etməsi də, çox böyük ehtimalla, bu siyasi manipulyasiyanın və qərəzli təşviqatın nəticəsi olaraq baş verdi.

Həmçinin oxuyun:

Xankəndidə Zirvə görüşü: İlham Əliyev çıxış etdi – VİDEO

Qabil Hüseynli

Azərbaycan öz suveren ərazilərində Konstitusiya çərçivəsində qayda yaradır və əhalisinin bütün təbəqələrini bu çərçivəyə dəvət edir. Lakin dəvət zorla və ya təzyiq yolu ilə yox, seçim haqqı tanımaqla edilir. Dövlət açıq şəkildə bildirir: Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən hər kəs üçün hüquqi prosedurlar var və onlar şəffafdır, reallığa əsaslanır.

Hesab edirəm ki, Hikmət Hacıyevin bu məsələyə bir daha aydınlıq gətirməsi vacib idi. Çünki erməni lobisi xaricdə mövzunu hələdə qabardır. Lakin bu açıqlama Bakının mövqeyini açıq şəkildə bir daha təstiqləyir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr