GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampı “ultimatum oyunu” oynadığına görə tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə platformasında paylaşım edib.
Medvedev bəyan edib ki, Rusiya nə İsrail, nə də İran kimi ultimatumlarla qorxudula biləcək ölkədir. Onun sözlərinə görə, hər yeni təhdid və ultimatum təkcə Ukrayna ilə Rusiya arasında deyil, ABŞ-ın özü ilə Rusiya arasında təhlükə və müharibəyə bir addım yaxınlaşmaq deməkdir.
“Yuxulu Coyun (ABŞ prezidenti Co Baydenin – red.) yolu ilə getməyin!” – deyə Medvedev Trampa xəbərdarlıqla əlavə edib.
Qeyd edək ki, Medvedevin bu çıxışı Trampın Rusiyaya qarşı sərt ritorikası fonunda gəlib. Moskva rəsmiləri ABŞ-ın və ümumilikdə Qərbin təzyiqlərinə qarşı kəskin və sərt mövqelər nümayiş etdirməkdə davam edir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.