“Real” klubunun ulduz hücumçusu Vinisius Juniorun gələcəyi son həftələrdə futbol dünyasında geniş müzakirə mövzusuna çevrilib.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə,“Real Madrid” ciddi təklif daxil olacağı təqdirdə Vinisiusla yolları ayırmağa hazırdır.
Mənbənin bildirdiyinə görə, braziliyalı futbolçunun gələcəyi ilə bağlı qərar yaxın həftələrdə verilə bilər və bu müddət prosesin taleyində həlledici rol oynaya bilər.
Eyni zamanda, “Real” rəhbərliyi Vinisiusun maaşını illik 23 milyon avroya qaldırmaq niyyətində deyil.
Qeyd edək ki, bu məbləğ hazırda komandanın yeni ulduzu Kilian Mbappe tərəfindən imza bonusu ilə birlikdə əldə edilir. Klub daxilində braziliyalı futbolçunun oyun səviyyəsinin son dövrlərdə enməsi də narahatlıq doğurur.
Məşhur futbol portalı “Transfermarkt” Vinisius Junyorun dəyərini 170 milyon avro olaraq qiymətləndirir.