AZ

ABŞ Britaniyaya nüvə silahını buna görə gətirib –SƏBƏB BİLİNDİ

  ABŞ Böyük Britaniyaya nüvə silahı göndərdiyini təsdiqləyib.

Referans xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat dərc edib.

Məlumata görə, silahlar Rusiyaya xüsusi mesaj vermək üçün göndərilib və transponderləri (Təyyarə haqqında əsas məlumatları radiotezliklərə ötürmək üçün nəzərdə tutulub – red) işə salınmış təyyarədə çatdırılıb.

Amerika Alimləri Federasiyasının Nüvə İnformasiyası Layihəsinin direktoru Hans Kristensen bildirib ki, ABŞ-ın Böyük Britaniyaya nüvə silahını qaytarması üçün əsaslı səbəbləri var.

Belə ki, Tramp bununla ABŞ-ın Avropadakı nüvə mövcudluğunu azaltmadığını göstərməyə çalışır.//Globalinfo.az  

Seçilən
15
1
referans.az

2Mənbələr