Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki şəhəri, Çayqaraqoyunlu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub...
Poliqon xəbər verir ki, bununlar bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ-2107” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı “VAZ”ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
Poliqon.info