AZ

Medvedevin Trampa cavabı: Yuxulu Co Baydenin yoluyla getməyin!

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Trampın son açıqlamalarına cavab verib.

Turkustan.az xəbər verir ki, Medvedev “Tramp yadda saxlamalıdır ki, Rusiya nə İsrail, nə də İran deyil” deyib və əlavə edib ki, Tramp Rusiya ilə ultimatum oyunu oynayır və hər yeni ultimatum müharibəyə doğru bir addımdır.

Medvedev, "Bu, Ukrayna və Rusiya arasında müharibə deyil. Bu, öz ölkəsi ilə müharibədir. Yuxulu Co (Bayden) yolu ilə getməyin!"

Tramp Rusiyaya razılığa gəlmək üçün 10 gün vaxt verdiyini bəyan edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
1
turkustan.az

2Mənbələr