ABŞ alimləri dəniz suyundan buludların yaradılması təcrübəsini dayandırıblar.
Valyuta.az bu barədə "Politico"ya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, alimlər buludlardan istifadə edərək günəş işığını söndürməyi planlaşdırırdılar, lakin Kaliforniyanın yerli hakimiyyət orqanlarının fikir ayrılığı səbəbindən texnologiyanın sınaqları dayandırılıb. Əvvəlcə dövlətdən maliyyə almağa nail olublar. Daha sonra onlar hökumət gəmilərinə və təyyarələrinə çıxış əldə etməyi planlaşdırıblar.
Qeyd olunur ki, istismardan çıxarılan təyyarədaşıyıcıda buludlar yaratmaq üçün maşının sınaqdan keçirilməsi üzrə ləğv edilmiş eksperimentdən sonra bir qrup tədqiqatçı mənfi reaksiya alıb.
Nəşrin yazdığına görə, onlar dəniz suyunu püskürtmək üçün daha böyük və riskli avadanlığın öyrənilməsini planlaşdırblar ki, bu da sonda günəş şüalarını tutmaq üçün istifadə edilə bilərdi.
Paşa Məmmədli