AZ

Tramp: Tailand-Kamboca münaqişəsinin həllində bizim rolumuz olub

Tramp: Tailand-Kamboca münaqişəsinin həllində bizim rolumuz olub

Tailand və Kamboca arasındakı sərhəd münaqişəsi Vaşinqtonun vasitəçiliyi ilə həll olunub.

AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, bu barədə Turnberidə (Şotlandiya) Böyük Britaniyanın baş naziri Keyr Starmerlə görüşündə bildirib.

"Müdaxilə etmək bizim üçün şərəf idi və bu münaqişə mahiyyətcə həll olundu, düşünürəm ki, onlar bunu bu gün həll edəcəklər. Bu, bir neçə gün davam etdi. Halbuki illərlə davam edə bilərdi, milyonlarla insan həlak olardı. Biz müharibəni dayandırdıq və buna şadıq", - deyə Amerika lideri bildirib.

Daha əvvəl münaqişə tərəfləri Malayziyanın paytaxtı Kuala-Lumpurda danışıqların yekunu üzrə dərc edilən birgə bəyanatda Çinin sərhəd münaqişəsinin siyasi həllinə töhfə verdiyini bildiriblər.

Birləşmiş Ştatlar tərəflər arasında gərginliyi azaltmaq üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Amerika lideri xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Tailand və ya Kamboca döyüşləri dayandırana qədər onlarla ticarət danışıqları aparmayacaq.

Seçilən
18
afn.az

1Mənbələr