AZ

Ermənistan Rusiyadakı fəxri konsulunu geri çağırır KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Ermənistan hökuməti Yekaterinburqda fəaliyyət göstərən respublikanın fəxri konsulu Narek Spartakyanı vəzifəsindən geri çağırıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata əsasən, bu qərarın əsas səbəbi Spartakyanın ölkə rəhbərliyinin Erməni Apostol Kilsəsinə münasibəti və iş adamı Samvel Karapetyanın həbsi ilə bağlı mövqeyi ilə razılaşmamasıdır.

Narek Spartakyan rusiyalı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Yekaterinburqda yaşamağa davam edəcək və fəxri konsul statusu olmadan da erməni icmasının fəaliyyətinə dəstək verməyə hazırdır.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
2
konkret.az

3Mənbələr