Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İsveçrə yığması və "Bolonya"nın yarımmüdafiəçisi Dan Ndoy karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
İdman.biz xəbər verir ki, "Nottingem Forest" onun keçidinə görə 40 milyon avro ödəməyə hazırdır.
İngilislə futbolçunun özü ilə müqavilənin detallarını razılaşdırıblar. "Bolonya" 30 milyonluq ilk təklifdən imtina edib.
Qeyd edək ki, 24 yaşlı futbolçunun "Bolonya" ilə 2027-ci il iyunun sonuna kimi müqaviləsi var. O, bu mövsümdə 41 matçda forma geyinib və 9 qol, 6 ötürmə ilə yadda qalıb.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.