ABŞ-nin Kaliforniya ştatında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.Metbuat.az xəbər verir ki, təyyarənin Sakit okeana düşməsi nəticəsində 3 nəfərin öldüyü bildirilir. ABŞ-nin Sahil Mühafizəsinin məlumatına görə, təyyarə San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana düşüb. Açıqlamada deyilir ki, qəzadan sonra başladılan axtarış-xilasetmə əməliyyatı nəticəsində 3 nəfərin cəsədi dalğıc qrupu tərəfindən okeandan çıxarılıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başladığını açıqlayıb.