AZ

Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektləri nəzərdən keçirilib. Rusiya tərəfi regionda mövcud olan problem və münaqişələrin müstəsna olaraq sülh yolu ilə həllinin tərəfdarı olduğu sarsılmaz mövqeyini təsdiqləyib", - məlumatda deyilir.

Putin xüsusilə Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinin, əhalinin bütün etnik və dini qruplarının qanuni hüquq və maraqlarına hörmət etməklə onun daxili siyasi sabitliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

“İran-İsrail qarşıdurmasının son zamanlar eskalasiyasını nəzərə alaraq, Rusiya tərəfi İranın nüvə proqramı ətrafında danışıqlar yolu ilə həll yollarının tapılmasına tam köməklik göstərməyə hazır olduğunu bildirib”, - bəyanatda deyilir.

İki ölkə liderləri beynəlxalq və ikitərəfli gündəlikdəki aktual məsələlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Seçilən
4
operativmm.az

1Mənbələr