Tailand və Kamboca arasındakı sərhəd bölgəsində 5 gün davam edən hərbi toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.
"Report"un xəbərinə görə, Asiya ölkələri arasında atəşkəs barədə bundan əvvəl Malayziya hökumətinin başçısı Ənvər İbrahim Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında Kuala-Lumpurda keçirilən danışıqların yekunu üzrə elan edib.
Xatırladaq ki, Tailand-Kamboca münaqişəsinin mərkəzində iki ölkənin sərhədində və ona bitişik ərazilərdə yerləşən Preah Vihear məbədinin mülkiyyət məsələsi dayanır.