AZ

Ara Abramyanın İrəvandakı torpaq sahəsi müsadirə edildi

Ermənistanın Antikorrupsiya Məhkəməsi Rusiya Erməni İttifaqının rəhbəri Ara Abramyanın İrəvanda , keçmiş “Uşaq dünyası” mağazasının yaxınlığında yerləşən 2860 kv. metr sahəsi olan torpaq sahəsini müsadirə edib.

"Unikal" xəbər verir ki, Bu barədə məlumat məhkəmə-hüquq portalı Datalex-də yerləşdirilib.

Torpaq sahəsi Abramyanın sahibi olduğu “Soglasiya-Armeniya” şirkətinə məxsus olub. Məhkəmənin qərarına əsasən, həmin ərazi Yerevan icmasının mülkiyyətinə verilib. Eyni zamanda, əraziyə dair mülkiyyət hüququnun qeydiyyatı etibarsız sayılıb. Qərar bir ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında İrəvanın mərkəzində “Soglasiya-Armeniya” şirkəti tərəfindən çəkilmiş kommunikasiya xətlərinin sökülməsinə başlanılmışdı. Hələ 2023-cü ildə ərazi ilə bağlı qanunsuz özəlləşdirmə faktı üzrə Ermənistan Prokurorluğu cinayət işi başlamışdı. Sonradan İrəvan meriyası mülki iddia qaldıraraq şirkətin aktivlərinə, o cümlədən kadastr əməliyyatlarına məhdudiyyət qoyulmasına nail olmuşdu.

Seçilən
18
unikal.az

1Mənbələr