AZ

Aksel Vitsel “Real Sosyedad”a keçə bilər

Belçikalı futbolçu Aksel Vitsel karyerasını “Real Sosyedad”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, San-Sebastyan təmsilçisi artıq təcrübəli futbolçu ilə əməkdaşlıq şərtlərini razılaşdırıb.

Vitsel yayda “Atletiko”dan ayrıldıqdan sonra La Liqada qalmaq niyyətindədir.

Qeyd edək ki, Vitsel daha öncə “Benfika” və Dortmund “Borussiya”sında da çıxış edib.

36 yaşlı futbolçu geridə qalan mövsümdə “Atletiko”nun heyətində 22 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
34
90deqiqe.az

1Mənbələr